Yaquar yerişli zaman…

bu bir şeir blogudur

Elmin

Elmin Həsənli

Elmin Həsənli

                         Dostum Baba üçün

Baba, məncə biz atalarımızı öldürüb
sonra onların məzarları üstündə
oturub, hönkür-hönkür
ağlamalıyıq günlərlə!
lap arvad kimi
yağış yağanacan ağlamalıyıq
yağış yağanacan
göylər də bizə qoşulanacan…
sonra qalxıb üst başımızın
toz-torpağını, palçığını silib
cibimizdəki ucuz siqaretdən
birini də yandırıb evə
oğlumuzun yanına dönməliyik…

arada bir eynəyini çıxarıb
gözlərinin yaşını sil
qarşındakı pivəni də tez bitir
yenisin gətirsinlər
siqaretimdən də birini yandır
mənə qulaq as:

oğlumuzu böyütməklə davam etməliyik həyata
inan mənə
mən həmişə düz deyirəm, Baba
atalarımızın heç vaxt etmədiyini etməliyik oğlumuz üçün
hər gecə o yatanda öpüb onu,
“gecən xeyrə, oğlum!” deməliyik
aradabir gecə oyanıb üstünü örtməliyik
istədiyi oyuncağı almalıyıq
onu mümkün qədər azad buraxmalıyıq
sevdiyi qıza bayramlarda
hədiyyələr alsın deyə
“oğlum, bu aralar lazım olar” deyə
ona pul verməliyik
hər ad günündə
onu bahalı bir restorana götürməliyik, yekə bir tort kəsməliyik
onu kişi kimi böyütməliyik
hətta 18 yaşında fahişə yanına belə aparmalıyıq onu

amma evimizdə atamızın yekə bir şəklini asmadan
o şəklin
yas, plov, siqaret, samovar iyli enerjisini
evə doldurmadan etməliyik bunu
ölən adamların divardan asılmış şəkillərindən
həmişə bu qoxular gəlir

Baba, kədərlənmə, hamımızın atası öləcək…
və hamımızın oğlu olacaq
hamımız oğul böyüdəciyik atamızın acığına

Baba, kədərlənmə, biz daha yaxşı ata olacayıq.

2 Responses to “Elmin”

  1. Xan Cuvar (ZauR) said

    Cox beyendim..

    niye bilmirem..

    Belke sovet psixologiyasi…
    Bele esrler boyu davam eden “atalar VE ogullar” nebilimneyi..

    Yasa xalanevesi..

  2. Egl said

    Baba. (:

Leave a Reply

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <pre> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>