Yaquar yerişli zaman…

bu bir şeir blogudur

cavidan

Posted by elmin88 on May 26, 2008

 

Bu şəhərdə

Başını itirmiş
qadınlar şəhərində
küçələr boyunca
qadın kəllələri diyirlənər
bədənləri
daş evlərə gömülmüş,
divarlara hörülmüş…

Başını itirmiş
qadınlar şəhərində
divarlardan
iniltilər eşidilər,
pəncərələrdən
qan-yaş damar…

Başını itirmiş
qadınlar şəhərində
hər qadın
bir kişinin başını
bişirməyə borcludur,
sonra isə yeməyə…

Başını itirmiş
qadınlar şəhərində
başı yeyilən kişilər
küçələrdən yığışmazlar…
diyirlənən
qadın başlarını
bir-bir yoxlayarlar
bədənlərinin ölçüləriylə…

Leave a Reply

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <pre> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>