aqşin
Posted by elmin88 on May 21, 2008

AT ƏTİNDƏN DOST
(Seymur Baycan üçün)
Semir, haydı
Özümüzə qoyun ətindən qadın yaratmağın vaxtı gəldi
Əti insan ətindən olanlar çox ucuzdur
Ən bahalıları gecə barlarındadır
Vaxtı gəldi, dostumuzu adamlara göstərib deməyin:
- tanış olun, dostumdur, xalis at ətindəndir, özüm yoğurmuşam
Semir,
İkinci insanı birincinin qabırğasından yaratdı tanrı
Bəs üçüncünü ikincinin harasından yaratdı?
Bəs dördüncünü?
Bəs beşincini?
Bilmək istəyirəm ki,
Mən indi atamın harasındanam?
Semir, bilirsən nə üçün darıxır insan?
Elə bil bu qədər quşun, otun, həşəratın arasında
Nəsə çatışmır,
Elə bil kimsə yoxdur
Mən həmişə bədənimin qabaq tərəfiylə darıxıram
Bədənimin qabağıyla gözləyirəm onu
Semir, bu gün avtobusda bir qoca öz-özünə dedi ki,
yoldaşın olmaması yalnızlıq deyil
Yalnızlıq yolun olmamasıdır!
yarpaq said
1. ..Özümüzə qoyun ətindən qadın yaratmağın vaxtı gəldi..
..-tanış olun, dostumdur, xalis at ətindəndir, özüm yoğurmuşam..
qoyunmu?
atmi?
2. heyatinizda hec alib ona dad vermeye calishdinizmi?
3. ala bilseniz.. ucuzlashdirmayacaginiza eminsiniz?
4. – gosterin mene ucuncu insani?
5. bedeninizin qabaq terefiyle darixdiginiz belke ele arxa terefinizdir?..
6. – bunu men demirem.
yarpaq said
6. qocalar artiq pis numune ola bilmediklerine gore xeyir meslehetler verirler..
P.S. amma 6-ci bend niye tam getmedi, anlamadim.
yarpaq said
sual vermek istedik, duzgun de gonderilmedi ki..
duzelishleri yerine qoyub oxumaq sizin eziyyetiniz olsun..men bunun ucun sizden uzr isteyirem.
duzelish:
2. heyatinizda hec ucuz et alib ona dad vermeye calishdinizmi?
3. en bahalisini ala bilseniz.. ucuzlashdirmayacaginiza eminsiniz?
4. Bəs üçüncünü ikincinin harasından yaratdı?
P.S. deyesen, men anladim..bu blokda sozlerin dirnaga alinmasi onlarin mehvi demek imish.
demeli, dirnagsiz danishacagiq..bu blokda..
Sakit. said
Salamlar. Men Aqsinin sheirlerini cox beyenirem. Hesab edirem ki onun capa verdiyi butun sheirleri gozeldir…Menden yuxarida yazilan sherhden hec ne anlamadim..