zamin hacı
Yazan elmin88 on May 12, 2008
HAMAM
Hər gün əllərimi yuyuram, gözəl,
Tapmaq istəyirəm,
ömrün tozunda
itmiş taleyimin naxışlarını.
Hər gün gözlərimi yuyuram, gözəl,
Tapmaq istəyirəm baxışlarını.
Hər gun ürəyimi yuyuram, gözəl,
Axir ürəyimin qanı beləcə;
Mənim ürəyimin qanıdır – axır,
Sənin boylandıgın qaranlıq gecə.
Hər gün dizlərimi yuyuram, gözəl,
Qaldırıb baxıram diz qapağımı.
Orda dolaq-dolaq yığılıb qalıb
Üstündə ağactək bitdiyim yollar.
Orda sızıldayır sənin ardınca
Süründüyüm yollar, getdiyim yollar.
Gedib günahımı yuyaram sonra…
Beləydi o vaxtkı şərtimiz, gözəl.
Hər gün yuyunuram, sənin yanına
Təmiz dönəcəyəm, tərtəmiz, gözəl.
Hər gün qulağımı yuyuram, gözəl,
Gəlir qulağıma cürbəcür səslər…
Aha, bu deyəsən sənin səsindi,
Gözlə, ürəyimi yuyub gəlirəm!
…Eh, bəxtim gətirmir – su da kəsildi.
CƏHƏNNƏMƏ GƏL
Gözlədim yenə gəlmədin,
Gəlmirsən, cəhənnəmə gəl!
Ölümümü istəyirdin?!
Ölmüşəm, cəhənnəmə gəl.
Orda soyuyurdum səndən –
Soyuq vurdu qanımı.
Gəlib nə istəyəcəkdin –
Soyuq aldı canımı.
Soyuq apardı canımı,
Indi isti yerdəyəm.
Canim-gözüm, elə bilmə
Buz kimi qəbirdəyəm.
Burnumun ucu göynəyir
Sənin soyuq sözünçün.
Salıblar qır qazanına
Buğlanıram özümçün.
O dünyada olammadıq,
Kaş ki, burda bir olaq.
Ikimiz bir cəhənnəmdə,
Qazanımız dar ola.
O dünyada qalsın hər şey,
Bura dərd-sərnən gəlmə.
Bura əqrəbnən doludu,
Gələndə yernən gəlmə.
…Amma çox qarışıq yerdi –
Işin çətin olacaq.
Məni belə axtararsan:
“Cəhənnəm, İsti Bucaq” .
Marqo said
XXXXX, ela sheirdir:)
Marqo said
Birinci sheiri deyirem.
O, getirmeyen bext menim idi…
Marqo said
Men sherh yazmaq istemirem.Men sheir yazmaq isteyirem:
“Mende BOYUK SEVGI vardi,
Masterim gelib chixmadi…
Shekline vurulduquma verdim”.
Alik said
İkinci şerin yeri var. Cəhənnəmdə görüşənədək…