Yaquar yerişli zaman…

bu bir şeir blogudur

aliyə

Yazan elmin88 on Aprel 5, 2008

GÖZLƏRİNİZİ SİLİN,
ölümün yurd saldığı
bu çılpaq bədənlər,
ayıblı əzalar
qıvrıla-qıvrıla
dəhşət və qorxu doğurkən
gözlərinizə
bir-birinə sarmaşmış
o iki gənc bədəndə

ölümlər sevişir
dəlicəsinə

AĞZIMIZDAKI DİLİN
dustaq payını vermək
yadımızdan çıxmasın
sözləri dadmaqdan
bir şey çıxmır
ölüm sözü çox turş
qalım sözü qıcqırmış
həyat dediyimiz
hıçqırtılar üstündə yatmış
susmaqmı susamaqmı…

QƏLƏM TUTMUŞ ƏLİN
titrəyişi
qorxudanmı qorxusuzluqdanmı
qələm oxlovmu ilanmı
mürəkkəbin zəhəri bolmu
əlyazmadakı qarlı aşırımlar
uçurumlar
unutdurmaq üçün deyilsə
nə gizlədər aramızda
dərin-dərin
sərin-sərin
hələ qaçmayıbsa dadı
mürəkkəbdəki zəhərin
NƏ ÖLÜMÜ VAR YARAMIZDA
ümidlərin..

Cavab qoy

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <pre> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>