rövşən naziroğlu
Posted by elmin88 on March 24, 2008
Səhərin qafiyəsi
elə ki gün doğdu
elə ki səhər açıldı
quşlar ötüşdü
itlər hürüşdü
yadıma günahlarım düşdü
üz tutdum günəşə
bir qafiyə qayırdım səhərə
dən atdım quşlara
çıxdım şəhərə…
günahlarımı allah bağışlasın!
gün batdı
səhər söndü
quşlar yedilər doydular
uçdular getdilər
mən evimə sağ-salamat döndüm
deyəsən
günahlarım bağışlandı
Fərq
onun gözləri maviydi- noolsun
mənim də çiyinlərim enliydi insafın olsun
onun gözəl kostyumu vardısa
mənim də xət-xət qalstukum vardı boynumda
onun ayaqları yekəydisə
mənim də
türkün sözü…
sevgim yekəydi
Sultan Mərzili said
“itlər hürüşdü”,
pişiklər miyoldadı.
Darıxma, şeir yazan,
qafiyələr yoldadı.
Bir üzü tüklü usta,
dayanıb yolun üstə.
bir-bir saf-çürük edir,
yaxşı-pisi ayırır.
Türkün məsəli,
Ağlı bir şey kəsmədiyin,
təzədən qayırır…