Şərhlər: şairlər tez ölür yoxsa yazıçılar?

By: Səbuhi Hacıxanlı
Gedər

Dünya  əzəl  gündən  saxtadır,  dostum,

Yalanlar, riyalar  baş  alıb  gedər.

Dünyada  tək  güman  bəxtədir,  dostum,

Bəxtsizlər  gözləri  yaşarıb  gedər.

Kim  ki  əbədiyyət  güdər  bu  yolda,

Çalışar, vuruşar  hədər  bu  yolda,

Gözünün  qarası gedər  bu  yolda,

Dizinin  taqəti  susalıb  gedər.

Ölüm  addımlayır  bizimlə  birgə,

Gəzir  dalımızca  bu  qara  kölgə.

Deyirik  yorula ,  əl  çəkə  bəlkə…

Çətin  yaxamızdan  açılıb  gedər.

Həyat  niyə  belə  şirindi, niyə,

İlahi, bir az da yaşayım  deyə,

Hamı allahından imdad  diləyər,

Fərqi  yox  gənc  gedər, qocalıb  gedər.

Ömür  ki, əbədi  pay  verilmədi,

Ölənə, itənə  say  verilmədi,

Əvvəl  gedənlərdən  hay  verilmədi,

Hər gedən getmişin  çağırıb  gedər.

Misralar  su  kimi  axıb  gedəndə,

Könlünü  yandırıb – yaxıb  gedəndə,

Sən  mənə  qıyqacı  baxıb  gedəndə,

Gözümdə  bir ümid işarıb gedər

Bu sevda

Ömrümün qayğısız günləri bitdi,

Rahatlıq içimdən silindi, getdi.

Nə tez çığır açdı, nə tez yer etdi,

Düşdü qanımıza bu sevda bizim.

Könül sənə saldı o gün ki, meyli

Gecəm ah-zar oldu, günüm gileyli.

Məni Məcnun etdi, səni də Leyli,

Girdi canımıza bu sevda bizim.

Dedim bu əzablar bəsimdir,bəsim

Nə edim, Tanrıya çatmadı səsim,

Daha üz tutmağa yoxdur bir kəsim

Çıxdı sonumuza bu sevda bizim.

Sən heç də dönük deyilsən

Yox, gülüm, sən heç də dönük deyilsən,

O mənəm bir yerdə tutmuram qərar.

Sən mənə hələ də qayıt deyirsən,

Mavi gözlərindən çəkilmir qübar.

O mənəm qədrini bilmədim sənin,

Oxudum ən ülvi hisslərə meydan.

Axan göz yaşını görmədim sənin,

Ruhumu ovlayıb apardı şeytan.

O gün ki, üz tutdum əbədiyyətə,

Başqadır xəyalım, başqadır dərdim.

Bəlkə uymasaydım ucuz şöhrətə,

Mən səni yenidən sevə bilərdim.

Yox, gülüm, özündə günah görmə sən,

Baxma məlul-məlul gözlərində qəm.

Yenə həzz alardım gözəlliyindən,

Heyif ki, mən buna layiq deyiləm.

İstək və qorxu

Hərdən dindar olmaq istəyirəm mən,

Dilsiz körpələri udanda torpaq.

Ağrılar qəlbimi üzəndə həmən

Düşünüm yerləri cənnətdir ancaq.

Ədalət görmədin məhkəmələrdə,

Min cür kələk qurdu övladi-adəm.

Canilər pul ilə qurtulan yerdə

Çəkəydi onları şişə cəhənnəm.

Bəlkə də dindədir elə pənahım,

Həyat da olardı şirin bir yuxu.

Tək sənin önündə çoxdu günahım,

Gülüm, ürəyimi üzür bu qorxu.

By: Şairlər yazıçılardan tez ölür | Kultaz
[...] Kaliforniya Universitetinin professoru James C. Kaufmann, apardığı bir araşdırmadan sonra şairlərin yazıçılardan daha tez öldüyü nəticəsinə gəlib. Professor türk şair və yazçılarının da aralarında olduğu Amerikan, Çin, Şərqi Avropa yazçı və şairlərinin həyatlarını araşdırıb.Prf. Kaufmannın araşdırması İngiltərənin “The Guardian” qəzetində çap olunub. Prof. Kaufmann nasirlər və şairlərın həyatları üzərində uzun sürən apardığı araşdırmada, şairlərin yazıçılara nisbətən gənc öldükləri nəticəsinə gəlib. “Şairlərin özlərinin həmişə gənc öləcəklərmiş kimi düşündüklərinə” diqqət çəkən Kaufmann araşdırmasına 390 il içində yaşamış Amerikalı, Çinli, Şərqi Avropalı və Türk olmaqla 987 yazarı daxil edib. Professor Kaufmann araşdırması bir şairin həyatının ortalama olaraq bir dramaturqdan bir il, roman yazarından 4 il, və digər janrda kitab müəlliflərindən 5-6-10 ilə qədər daha qısa olduğunu göstərib./Şeirlər [...]