Yaquar yerişli zaman…

bu bir şeir blogudur

şairlər tez ölür yoxsa yazıçılar?

Posted by elmin88 on March 20, 2008

Kaliforniya Universitetinin professoru James C. Kaufmann, apardığı bir araşdırmadan sonra şairlərin yazıçılardan daha tez öldüyü nəticəsinə gəlib.

Professor türk şair və yazçılarının da aralarında olduğu Amerikan, Çin, Şərqi Avropa yazçı və şairlərinin həyatlarını araşdırıb.

Prf. Kaufmannın araşdırması İngiltərənin The Guardian qəzetində çap olunub. Prof. Kaufmann nasirlər və şairlərın həyatları üzərində uzun sürən apardığı araşdırmada, şairlərin yazıçılara nisbətən gənc öldükləri nəticəsinə gəlib. “Şairlərin özlərinin həmişə gənc öləcəklərmiş kimi düşündüklərinə” diqqət çəkən Kaufmann araşdırmasına 390 il içində yaşamış Amerikalı, Çinli, Şərqi Avropalı və Türk olmaqla 987 yazarı daxil edib.

Professor Kaufmann araşdırması bir şairin həyatının ortalama olaraq bir dramaturqdan bir il, roman yazarından 4 il, və digər janrda kitab müəlliflərindən 5-6-10 ilə qədər daha qısa olduğunu göstərib.

2 Responses to “şairlər tez ölür yoxsa yazıçılar?”

  1. [...] Kaliforniya Universitetinin professoru James C. Kaufmann, apardığı bir araşdırmadan sonra şairlərin yazıçılardan daha tez öldüyü nəticəsinə gəlib. Professor türk şair və yazçılarının da aralarında olduğu Amerikan, Çin, Şərqi Avropa yazçı və şairlərinin həyatlarını araşdırıb.Prf. Kaufmannın araşdırması İngiltərənin “The Guardian” qəzetində çap olunub. Prof. Kaufmann nasirlər və şairlərın həyatları üzərində uzun sürən apardığı araşdırmada, şairlərin yazıçılara nisbətən gənc öldükləri nəticəsinə gəlib. “Şairlərin özlərinin həmişə gənc öləcəklərmiş kimi düşündüklərinə” diqqət çəkən Kaufmann araşdırmasına 390 il içində yaşamış Amerikalı, Çinli, Şərqi Avropalı və Türk olmaqla 987 yazarı daxil edib. Professor Kaufmann araşdırması bir şairin həyatının ortalama olaraq bir dramaturqdan bir il, roman yazarından 4 il, və digər janrda kitab müəlliflərindən 5-6-10 ilə qədər daha qısa olduğunu göstərib./Şeirlər [...]

  2. Səbuhi Hacıxanlı said

    Gedər

    Dünya əzəl gündən saxtadır, dostum,
    Yalanlar, riyalar baş alıb gedər.
    Dünyada tək güman bəxtədir, dostum,
    Bəxtsizlər gözləri yaşarıb gedər.

    Kim ki əbədiyyət güdər bu yolda,
    Çalışar, vuruşar hədər bu yolda,
    Gözünün qarası gedər bu yolda,
    Dizinin taqəti susalıb gedər.

    Ölüm addımlayır bizimlə birgə,
    Gəzir dalımızca bu qara kölgə.
    Deyirik yorula , əl çəkə bəlkə…
    Çətin yaxamızdan açılıb gedər.

    Həyat niyə belə şirindi, niyə,
    İlahi, bir az da yaşayım deyə,
    Hamı allahından imdad diləyər,
    Fərqi yox gənc gedər, qocalıb gedər.

    Ömür ki, əbədi pay verilmədi,
    Ölənə, itənə say verilmədi,
    Əvvəl gedənlərdən hay verilmədi,
    Hər gedən getmişin çağırıb gedər.

    Misralar su kimi axıb gedəndə,
    Könlünü yandırıb – yaxıb gedəndə,
    Sən mənə qıyqacı baxıb gedəndə,
    Gözümdə bir ümid işarıb gedər

    Bu sevda

    Ömrümün qayğısız günləri bitdi,
    Rahatlıq içimdən silindi, getdi.
    Nə tez çığır açdı, nə tez yer etdi,
    Düşdü qanımıza bu sevda bizim.

    Könül sənə saldı o gün ki, meyli
    Gecəm ah-zar oldu, günüm gileyli.
    Məni Məcnun etdi, səni də Leyli,
    Girdi canımıza bu sevda bizim.

    Dedim bu əzablar bəsimdir,bəsim
    Nə edim, Tanrıya çatmadı səsim,
    Daha üz tutmağa yoxdur bir kəsim
    Çıxdı sonumuza bu sevda bizim.

    Sən heç də dönük deyilsən

    Yox, gülüm, sən heç də dönük deyilsən,
    O mənəm bir yerdə tutmuram qərar.
    Sən mənə hələ də qayıt deyirsən,
    Mavi gözlərindən çəkilmir qübar.

    O mənəm qədrini bilmədim sənin,
    Oxudum ən ülvi hisslərə meydan.
    Axan göz yaşını görmədim sənin,
    Ruhumu ovlayıb apardı şeytan.

    O gün ki, üz tutdum əbədiyyətə,
    Başqadır xəyalım, başqadır dərdim.
    Bəlkə uymasaydım ucuz şöhrətə,
    Mən səni yenidən sevə bilərdim.

    Yox, gülüm, özündə günah görmə sən,
    Baxma məlul-məlul gözlərində qəm.
    Yenə həzz alardım gözəlliyindən,
    Heyif ki, mən buna layiq deyiləm.

    İstək və qorxu

    Hərdən dindar olmaq istəyirəm mən,
    Dilsiz körpələri udanda torpaq.
    Ağrılar qəlbimi üzəndə həmən
    Düşünüm yerləri cənnətdir ancaq.

    Ədalət görmədin məhkəmələrdə,
    Min cür kələk qurdu övladi-adəm.
    Canilər pul ilə qurtulan yerdə
    Çəkəydi onları şişə cəhənnəm.

    Bəlkə də dindədir elə pənahım,
    Həyat da olardı şirin bir yuxu.
    Tək sənin önündə çoxdu günahım,
    Gülüm, ürəyimi üzür bu qorxu.

Leave a Reply

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <pre> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>