intiş
Posted by elmin88 on March 19, 2008

Çeçenistan
çünki
əhalisinin doxsan faizi
vətənpərvər olan dövlətin
ərazisinin iyirmi faizi
düşmən tapdağında
olar həmişəçünki
bu məmləkətdə
siqaret çəkən qızlar
dükandan siqaret almağa
utanırlar
və elə bu utanmalarına görə
onların doğduqları
oğlan uşaqları
kişi olmurlar
çünki
futboldan uşaqlarımıza
dərs deyən irland qaqaşımız
telekanala verdiyi müsahibədə
jurnalistdən soruşur ki
hər səhər xalqınız
kostyumda qalustukda
hara gedir belə
mən də hirslənirəm
cavab verirəm ki
cərə gedir cürə gedir
cəhənnəmə cedir
sənə nə var
hara gedir belə
özünə …… axtarmağa
özünü axtalamağa
gedir belə
çünki
bu şəhərin təzə tikilən
hündür binalarından
birinin damında
rahatca oturub
əlində son modelli
snayper tüfəngi olsa
və onun durbinli
nişangahından
küçədən keçənlərə baxıb
nə qədər mənasız
insan görmək olar
həm də öldürmək olar
çünki
başdan-ayağa
şadlıq saraylarından
ibarət olan bu şəhəri
bombalayasan
elə şadlıq saraylarından
başlayasan
ümumiyyətlə birdəfəlik
bu şəhərə
müharibə elan edib
döyüşəsən
bu döyüşdən şəhid yox
qalib çıxasan
çünki
tanınmamış
çeçenistan respublikası
artıq tanınıb
dünyada
Jale said
Bir sozle ELA!