əli əkbər
Yazan elmin88 on Mart 19, 2008

Bir az səssiz ölməliyəm deyəsən
Hürkütməməliyəm insanları.
Gərək qırmasın şüşələri fırtına
Günahlarımı örtən paltarımı geyməliyəm.
Nə deyirsə desin, haqqımda qoca qarılar,
Sərxoş sürülər.
Öpəcəyəm səni, onsuz da
Öpülməli yerindən.
Eşidirsən, öpəcəyəm.
Hiss edirsənmi, həyatım?
Hiss edirsənmi?Əllərim havada qalmayacaq, inan
Gələndə zamanı,
Gələndə yeri
Bir gün mən də təslim olacağam!
Sənə yad duyğuların atəşi,
Qovuracaq ürəyimi
Payızda solmasın və
Qışda yasa bürünməsin deyə sevdamız,
Bütün ili bir fəslə sığdıracağam.
Gözləyəcəyəm,
Cırcıramalı gecələrin birində
Salam verəcəksən mənə!
Amma o vaxta qədər
Səni sənsizliyimlə bölüşüb
Çarəsiz, tükənmiş ruhumla
Xəyal zirvələrində gəzişib
Öpəcəyəm səni öpulməli yerindən
Eşidirsən, öpəcəyəm.
Hiss edirsənmi canım
Hiss edirsənmi?
sabuhi said
salam Ali Ekber . necesiniz? men sizinle 2 -3 defe gorushmushem. hele yadinizdadirsa Baki Bulvari qezetinin son nefesi idi. menimde arada yazilarin derc olunurd. ve zaman ele getirdi ki.ikimizde birden olmeli olduq. men jurnalistikani terk etdim… tam bashq bir senetle meshgul olmaga bashladim.
ancaq sizin 1 kitabiniz mende var. bashqa kitablarinizi chox tesufki almaga yer tapmiram. kitablarinizi haradan almaq olar?.
Duzdur sizin yazilarin 20 faizini qebul etmesemde .80 faizi bes eder.Men sizin sherlerinizde semadan yere parashutsuz enen insanin kechirdiyi hisleri yashayiram.
Sizin yazilari yalniz siz beyinli insanlar anladigindan.men fikirleshirem ki cemiyyetimizin bir akil tedavusu yapilmasina ehtiyaci muhhakkak lazim. chunki cemiyyet zaten bir akil hastasdir.kutlevi xestelik ise hech vaxt sagalmir bunun bir caresi var…
ne ise …sizin bu seriniz ise sekisbir demishken.
olmek isteyirem chare budur bax .
Ancaq seni tenha qoya bilmirem …
demesi qeder gozeldir.
Imza Sabuhi SON. derin hormetle.