Yaquar yerişli zaman…

bu bir şeir blogudur

  • Top Clicks

    • None
  • Top Posts

xaqani has

Posted by elmin88 on March 14, 2008

Şəhərlər ve Qadınlar

xüsusi hisslər biblioqrafiyası


Xoşbəxtlik Alma Desəm Çıx Armud Desəm Çıxma
ölkəsində doğuldum
uşaqlığım Çinarları Kəsirlər Ki Göyüzünü Qanatmasın
şəhərində keçdi
təzəcə oyanırdı ki bədənim
Göz Təkcə Görmək Üçün Deyil
Həm Də Görməmək Ücündür-ə getdim
orada tanış oldum qadınlarla ilk dəfə
orada toxundum bədənlərinə
içlərindən ikisinə vuruldum
Məni Çöldən İçəri Çağır Azadlıq Ağırdır-la
Hər Gün Təzədən Doğuluruq Zamana Qarşı-ya
biri sarışın idi biri qaraşın
indi yaşadığım şəhərdə,
Hər İntihar Təşəbbüsü Keçmişin Bədəndə Təkrarıdır-da
həyat can sıxıcıdır
gün boyu küçələri gəzirəm fit çala-çala
Sən Nə Yaşlı Uşaqsan Məhəmməd Dayı küçəsindən girib
Tənhalıq Qaladır Düşmən Yaxın Dura Bilmir
Sənsə İçində Xoşbəxt Deyilsən-dən çıxıram
üstəlik üçüncü dəfə vurulmuşam
hamınız tanıyırsınız onu:
Atamın Getdiyi Yerdən Qucaqla Məni
Tək Qaldığı Yerdən Öp Uşaqlığımı
adı kimi axşamüstü rəngindədir çılpaqlığı da

20 Responses to “xaqani has”

  1. Elnare said

    Kul bu serin basina ona sher deyenin de basina
    Tupurum bele sheire

  2. Tahir said

    Alma Desəm Çıx Armud Desəm Çıxma

    Amma da gildum haaaaaaaaaaaaaa

  3. Fuad said

    A kishi sen cani duzun de sen telxeksen yoxsa shair?

    Bunu dogrudan sher kimi yazmisan yoxsa mezelenirsen?

    Eger bu sherdise sen de shair onda men akademikem.

  4. Niko said

    Siz su şərhləri yazarkən düşünmüsünüzmü ki, doğrudan da sizin səviyyəniz çatır onu tənqid etməyə ya yox?
    Onu tanımadan belə şərhlər yazdığınız üçün nə qədər tolerant olmağa çalışsam da, sizin səviyyəsiz, cahil olduğunuzdan başqa qənaətə gələ bilmirəm.

  5. Fuad said

    Terifleseydim yazsaydim amandi qoymayin ureyim getdi super sherdir deyecekdin ki men seviyyeli aghilli ve sher anlayanam he? Sen cani de gorum o sherde mena hardadir? Mene chox maraqlidir

  6. Cindir sheirdi, cindir,yalandan terifleyib goze soxmaqla deyil ki, hansi sayti achiram”part” soxublar gozumuze. Ade besdi de!

  7. Niko said

    Mənə səviyyəsiz kəslərin tərifləməsi lazım deyil, obyektiv yanaşılmasını istəyirəm.

  8. Salam. gorunur burdakilariun ekseriyyeti sherin mentiqini hec anlamiyib. bu da normaldir. Xaqani Has, cox gozel ayzmisan. cox sevdim bu sheri.

    bir az anlamiyanlara aydinliq getirim, Xaqani Has, senin icazenle. bele gozel sheri bu qeder pislemelerini istemirem.

    meS: ay camaat oxudugunuza az da olsa fikir verin, mirta oxumuyun.

    Xoşbəxtlik Alma Desəm Çıx Armud Desəm Çıxma
    ölkəsində doğuldum
    uşaqlığım Çinarları Kəsirlər Ki Göyüzünü Qanatmasın
    şəhərində keçdi

    burda
    Xoşbəxtlik … ölkəsində doğuldum

    uşaqlığım … şəhərində keçdi ve s. arada qalanlar ise sadece bu cumelnin menasini aciqlayir.
    ardini da ozunuz duz qosh edin oxuyanda.

    ps: belke de hami bele oldugunu bilirdi. amma mena tapmiyanlara da az cox menani axtarmaqcun ishare vere bildim yeqin.

  9. Shair Kesemen said

    Menasiz, olkede yasayiram, sher.
    Nagildir, bu alemin sonu, bu adam.

    Bu da menim sherim. Anlamayanlar ucun, =>>>
    Menasiz,…sher
    Nagildir,…,bu adam.

    Tesekkurler, buna sherin Xas janri deyilir. ;) ) Siz Xasi analmarsiz, onu ancaq bizim yeni komunist qerdeslerimiz anlar. ;) ) Gor nece dahi adamdir ki bu Xas mellim, telebelerini SSRI zamanina qaytar abilib. Halal olsun bele heseratlara

  10. seda said

    Aman allahim. burada ne qeder savadsiz, biliksiz, edebiyyatin e-sine bele catmayan insanlar neden danishri? neyi tenqid edirler. Siz Xeqani beyin yazdigini 1000 il yashasaniz da anlaya bilmeyeceksiniz. cunki sizin adiniz Fuaddir, Elnaredir, Kesemendir ne bilim nedir. siz gedin Nusret Kesemnlinin serlerini oxuyun ve mumlayin oturun yerinizde bele serlere hec munasibet bildirmeye de qalxmayin. siz!

  11. men said

    Məni Çöldən İçəri Çağır Azadlıq Ağırdır-la..
    - meni de cagir cole azadliq agirdir-la ..
    Sənsə İçində Xoşbəxt Deyilsən-dən çıxıram ..
    - ah..bu an!
    - ah..bu rahatliq!

  12. ravik said

    siz azerbaycan kimi olkenin tyarixinde en dahi shairi basa duse bilseydiz, onda o dahi sair olmazdi
    onda o zelimxaN YAQUB OLARDI.
    SHERHLERINIZ MENI ONUN DAHIO OLDUGUNA BIR DAHA INANDIDI

  13. faiq said

    bu seiri anlamaq ucun insan olmaq kifayetdir bir tike yemek ucun min cur pox yeyenler anlamaz

  14. faiq said

    yasasin xeqani has timsalinda butun insanlar.men onu sevirem esl felsefeni anlayan her kes anlar.sizin ucun esas qafiyedir gedin meyxanaya qulaq asin AZERBAYCAN azerbaycan yasasin xalqim deyin

  15. Eva said

    Sozum yoxdu. Xas felsefesinin vurgunuyam. Tesekkurler seir ucun!

    Hər İntihar Təşəbbüsü Keçmişin Bədəndə Təkrarıdır-da
    həyat can sıxıcıdır…

  16. Langdon said

    [B]Gedin Silsileni oxuyun..Hass seirlerine soz ola biler?[/B]

  17. Hər insanın yaratdığı özünə, şair də söylədiyi sözünə bənzəyir.
    Kənd uşaqları bəlkə də bilər, pişikdən kiçik, suiçovuldan böyük, sünbülqıran kimi qəşəng bir heyvanın adıdır “has”. Müəllif onu bilir, ya bilmir, fakt budur ki, sözün mənası bəzən müstəqil bir varalıq kimi mövcud olur. Hasın bu yazıları da maraqlıdır. Ona təbii yanaşıb müəllifin nə demək istədiyini, nə dərəcədə ona nail olduğuna baxmaq lazımdır.
    Məncə, yazının əsas nöqsanı orjinallıq xatirinə qurban verilməsidir. Yoxsa, Xasın şübhəsiz ki, savadı da var, təbi də, oxucuları hövsələdən çıxarmaq bacarığı da. Təəssüf ki, yazı elə belə bir məqsəd üçündür.

  18. Anonymous said

    Sagol Xaqani bey, bizi hech bu cur sherler de oyada bilmez, heyf senin eziyyetinden ki, bu cur nadanlar sene fikir bildirirler,
    ALLAH SIZE REHMET ELESIN OLULER

  19. Ibrahim said

    men sizin telebeniz olmusam turk dunyasinda mene ders demisiniz sizi cox axtardim axir k tapdim siz dahisiz hormetle ibo mene emailime yazsaz goruserdik

  20. san said

    erebler deyir el-mena fi betni shair. yani mena shairin icindedir. onu anlamag olmaz.. amma menim iradim bu sinif yazarlara budur ki tengid etdiyiniz cemiyyetin bir uzvu kimi ozunuzu bu menfiliklerden temizleye bilibsizmi..? tesevvur edirem sizin ailede reftariniz , valideynlerinize hormetiniz, temizkarliginiz, medeniyyetiniz ne seviyyededir..

Leave a Reply

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <pre> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>