zamin hacı
Posted by elmin88 on March 9, 2008

Anti-şeir
(Yediyim bütün dönərlərə ithaf edilir)
1.
Siqaret söndürməyək armud cecəklərində,
Onların sızıltısı qoymaz yağış dayansın.
Zəfər çələngi hörək əklil çiçəklərindən,
Dirilər də oyansın, ölülər də oyansın.
2.
Bu dünyada ən gəzməli yer
damların qırağıdı,
ən qiymətli kağız
məktəbli uşağın “beş”i yazılmış
dəftər varağıdı,
ən yaşamalı yer
dezodorant balonudu.
Özü də,
bütün günah səndədi,
köpəyin qızı,
sən telefonu söndürməsəydin,
mən şer yazmazdım.
3.
Gəlin şer yazmayaq, anamıza baş çəkək,
Bizə layla desinlər, yuxumuz şirin olsun.
Görək gözəl olmuşuq, yataq, yuxuda görək;
Sonra nə olar-olar, Allah da kərim olsun.
4.
Əslində
mən heç Allaha da inanmıram,
sadəcə,
televizorda bütün kinolar
qurtaranda
saatın, yağışın,
qardaşını aeroporta aparan maşının
səsini dinləmək
adamın ürəyini sıxır.
5.
Sən Allah, yağma, yağış, yenə qrip olacam,
Yenə dəli olacam, yenə qərib olacam.
Çox ümid eləyirəm – səhər açılan kimi
Minəcəm avtobusa, yenə diri olacam…
Guler said
Salamlar. Sayt ucun tesekurler. Xosuma geldi. Zaminin seirinin de yeri var.
Ramil said
Sən Allah, yağma, yağış, yenə qrip olacam,
Yenə dəli olacam, yenə qərib olacam.
Çox ümid eləyirəm – səhər açılan kimi
Minəcəm avtobusa, yenə diri olacam…
Sher yox lox bir shey
men said
sher yox, men ..sen..hamimiz..bir de zamin haci.
Marqo said
Sizde Zaminin ancaq bu sheirleridir?
Onun vaxtile :Azadliq”da chap olunan sheirlerini ozunden alib sayta qoya bilersiniz? Duzu sheirlerinin adlari yadimda qalmayib. Bezi misralari yaza bilerem. Meselen,
Qish aqaclari soyundurub,
Aygun Kazimova kimi.
Tekce kuknarlar
Monastr qadinlari.