Yaquar yerişli zaman…

bu bir şeir blogudur

  • Top Clicks

    • None
  • Top Posts

seymur baycan

Posted by elmin88 on March 9, 2008

Bir, iki, üç

dünən Milli Parkda
bayram gəzintisinə çıxmıs adamları
arıq və sısqa gördüm
məndən olsaydı onlara Sabir adına texnikumda
idmandan dərs deyərdim
əllərinizi açın
ayaqlarınızı aralayın
belinizi bükməyin
sinənizi qabağa verin
it uşağı it udduğunuz hava
içdiyiniz su da
sizə haramdır
lənətə gələsiniz
qabağa baxın, qabağa
bir, iki, üç
bir, iki, üç
dərindən nəfəs alın
bir daha
bir daha

Evin tək oğlu

- sən onu Rusetə elə göndərirsən
heç Kərim Kərimov Yuri Qaqarini
kosmosa belə göndərməmişdi

Solçu gəncin mahnısı

31 mart. Soyqırım günü
əlimdə pencək
bulvarda üşüyən qız axtarırdım
çiyninə atmağa
hamının əynində
dublyonka vardı

Muzeydə

- Mən elə bildim bu ətir qabıdır
- Yox, o divar tərəzisidir

Bizim qiymətimiz

10 qəpiklik keks
Toyuğun bir budu
Yarımçıq kolbasa
nerjavik pomidor
- Orda şokolad da var
- Onu hec qarışqalar da yemir

Ehsan

Kişilər itə də tamah salır
atam balası
toyuq,
ördək,
keçi sevən
amma hər kişinin
öləndə kəsilməyə
qara bir inəyə
ehtiyacı var

Ömür

bu yol nə uzun çəkdi
bu mahnı nə çox çəkdi
mən nə qədər siqaret çəkdim

Selcan

şir qızı parçaladı
qarnından nar dənəsi düşdü
nar dənəsinin içindən də
türk qızı

Dörd müqəddəs kitab

- O qələmlərin heç biri yazmır
- hərflərin izi düşdü bəsdir

Bizi birləşdirən dəyər

dünən Şəhidlər Xiyabanında
dəbdən düşmüş qəbirlərin arasında
gəzəndı
ondan mənə
boş mesaj gəldi:
+994557428363. Yes.
Alo, alo
Yenə nə olub?
…heç
…uşaqdır telefonla oynayır

Hərbi həkimin tribunalda çıxışı

mənim heç nəyim yox idi
telefonumda konturum
metro kartımda balansım
üçünçü sinifdə oxuyan oğlum
yodum
bintim
spirtim
hətta sonda ölən ümidim

PS.
şeirləri ayıq başla oxumaq
qadağandır!

3 Responses to “seymur baycan”

  1. elmin88 said

    Seymurun sheirleri cox gozeldir….

  2. seda said

    Seymur men senini icinde nece hessas oldugunu bilirdim amma bele maraqli serler yaza bileceyini hec bilmirdim. SAg ol. eladir :)

  3. men said

    bashimin ayiq vaxti gedib aldigim o nesneyi (onu hec ozum ucun de almamishdim) indi qoymusham qashima,ele hey fikirleshirem.. nece icim bunu..bilmirem ki..
    onumu icim?
    icenden sonra nece olacam?
    seymur baycanimi oxuyum?
    oxuyandan sonra nece olacam?
    demeli, bele.. ele onu icim, seymur baycani oxuyum.
    yox, en yaxshisi, ne onu icim, ne de seymur baycani oxuyum.
    ..birden donub seymurbaycanlardan biri olaram..
    men yorulmadim seymurbaycanlardan biri olmamaqdan?

    P.S. seymur baycan, hele sherleri oxumamisham.

Leave a Reply

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <pre> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>