Yaquar yerişli zaman…

bu bir şeir blogudur

elnur astanbəyli

Yazan elmin88 on Mart 9, 2008

  

İNSAN HƏMİŞƏ TEZ ÖLÜR

   dostumun
   mənim dostumun
   mənim ən yaxın dostumun
   əynindəki bu kəfən
   içdiyi şərablar
   geydiyi cins şalvarlar
   yazdığı düşük mesajlar
   döydüyü ofisiantlar
   söydüyü konduktorlar
   aldatdığı qadınlar
   unutduğu hər şey, hər şey
   qarşısında
   qaldırdığı ağ bayraq deyilsə,
   bəs nədir?..

Gecə ekspresi
   
   mobil telefonu söndürmək
   sonra televiziyonu söndürmək
   sonra işığı
   sonra ehtirasını
   sonra bir siqara yandırmaq
   sonra işığı yandırmaq
   sonra televiziyonu
   sonra mobil telefonu
   və
   çaynikin altını yandırmaq sonda da…
   
   
   Ağrıkəsici
   
   nəyisə xatırlamaq
   gecikdiyin metro qatarlarının
   arxasınca baxaraq
   sonra gülümsəmək
   növbəti qatarı da buraxaraq -
   eynən dispetçer qız kimi
   
   bax budur bu
   həyatdan məmnun olmaq.
   Nonsens
   
   nə qədər gülməlidi, deyilmi,
   oğlunu Quma, Məşhədə yox
   məhz Londona oxumağa göndərmiş
   dindar tanışım
   hələ üstəlik
   utanıb-eləmədən
   mobil telefonda mənə
   qloballaşmanın
   zərərlərini anladır durmadan┘
   
   
   Avqust

   
   hər səhər evdən çıxıb
   ümid dalınca gedərik işə
   gedərik ümidlə – dostlarla görüşə
   evə qayıdınca yolüstü
   dönərik ümid-marketə
   iki ümid – çörək
   yarım kilo ümid – kolbasa
   bir şüşə ümid – araq
   alarıq
   baxarıq cibimizdə ümid – pul yoxdu
   adımızı yazdırarıq ümid – nisyə dəftərinə┘
   
   
   Cavab SMS-ləri
   
   hər kəs
   necə
   öləcəyinə
   özü
   qərar
   verir
   
   * * *
   ağcaqanadları
   və
   milçəkləri
   öldürməyin
   axı
   onların
   damarlarında
   sizin
   qanınız
   axır
   
   * * *
   mənə
   bir şans da
   verin
   günahsızlığımı
   sübut
   etməyə
   göstərim
   necə
   şanssız
   olduğumu
   
   ***
   hamımız
   beləyik
   anası
   gözəl
   olan
   cocuqları
   daha çox
   sevərik
   
   ***
   bizim
   bu ölkədə
   sevgisiz də
   sevişə
   bilən
   nə qədər
   qadın varsa
   o qədərdir
   balansımda
   kontur
   
   mənə
   kontur
   yüklə
   balansım
   sıfır
   
   ***
   insan
   həmişə
   tez
   ölür

 

Cavab qoy

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <pre> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>