Yaquar yerişli zaman…

bu bir şeir blogudur

  • Top Clicks

    • None
  • Top Posts

aqşin

Yazan elmin88 on Mart 9, 2008

Sınmış pəncərədə ay

Ehey… ağ tavandan asılmış insan
bir addım göylərə qısılmış insan
ruhum qoymur məni su dağıtmağa.

Susur pişiklərin intim səsləri
sınmış pəncərədə əl kəsir gecə
bu gecə qadınla olmağım gəlir
ruhum qoymur məni su dağıtmağa.

Kimi öldürüm ki bu gecə vaxtı
sabah ağlamağa bəhanəm olsun.

Ucuz kafelərdə yoxsul dostlarım
allahı danırlar göz yaşlarıyla
küncdəki masada fahişə qızlar
kişi belindən
ağlaşa-ağlaşa gələn
uşaqlara qıyan
bu qatil analar
bu ac qansızlar
laqqırtı vururlar bekarçılıqdan
ruhum qoymur məni su dağıtmağa
əlimlə ölçürəm sözümün boyun.

Kişi gül şəkli çəkməz!

2 Cavab to “aqşin”

  1. elmin88 said

    Bu Aqshinin en sevdiyim seirlerindendir…

  2. Dəfnə said

    “Qadınlar ev heyvanıdır” deyən Aqşin bəy.
    Müiasir ev heyvanı çoxdur- it, pişik, siçan, tarakan, ağcaqanad və s..Bəs, Sizin sevdiyiniz qadın hansi ev heyvanıdır?

Cavab qoy

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <pre> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>