Yaquar yerişli zaman…

bu bir şeir blogudur

  • Top Clicks

    • None
  • Top Posts

Archive for Mart 9th, 2008

şeir nədir?

Yazan elmin88 on Mart 9, 2008

 

Şeir nədir?

Zahir Əzəmət

Ədəbi yaradıcılıqla məşğul olan hər kəsin, xüsusilə şeir yazan gənclərin tez-tez üzləşdikləri sualdır bu: şeir nədir?
“Kitabi Dədə Qorqud”da rastımıza çıxan qafiyyəsiz, “heca”sız poeziya mətnləri şeir deyilmi? Şeirdir!
Nənələrin bədahətən qoşduğu, poetik kəşflərlə dolu bayatılar şeir deyilmi? Şeirdir!
Nizaminin, Füzulinin, Nəsiminin mövzu və üslubca bir-birindən kəskin fərqlənən, amma eyni vəzndə (əruz) yazılmış şeirləri nədir bəs? Əlbəttə, şeir nümunələri! Səməd Vurğunun A.S.Puşkinin məşhur “Yevgeni Onegin” poemasını tərcümə etməsindən sonra Azərbaycan şeirinə gətirdiyi çarpaz şeiri necə adlandıraq? Şeirdir!

Kateqoriyası: Zahir Əzəmət, Şeir haqqında hər şey | Leave a Comment »

zahir əzəmət

Yazan elmin88 on Mart 9, 2008

Dialoq

mən müxalifət qəzetində köşə yazarıyam
sevgilim işləyir iqtidar qəzetində
işdən sonra görüşürük tində
gecəni bir yerdə
bir otaqda
bir yataqda
keçiririk
o yazdığı yazılardan
mən yazdığım yazılardan danışmırıq
biz demək olar ki heç danışmırıq
sevişirik
qovuşuruq
durmadan
aramsız
Çünki
hər səhər yazılarımızı oxuyan xalq
dialoq
dialoq
dialoq istəyir

Kateqoriyası: Zahir Əzəmət | Leave a Comment »

günel mövlud

Yazan elmin88 on Mart 9, 2008

 

Şahvələd üçün silsilə

Klaviatura 1

Nəhəng bir kişidi bu dünya
Mən
Ona gərək deyiləm

Amma məni bu yox
Pəncərənin o tayında
Yağışın
Çirkli gölməçəsində
Əllərini yuyan
adamın
Read the rest of this entry »

Kateqoriyası: Günel Mövlud | İpucu verildi: | 1 Comment »

rasim qaraca

Yazan elmin88 on Mart 9, 2008

Birlər

qopduğunuz budaqları unudun getsin
pərişan xəzəl qardaşlarınızı
əsla

*
sürməsi göz yaşına qarışmış
həyatı pozuq
canlı
Read the rest of this entry »

Kateqoriyası: Rasim Qaraca | İpucu verildi: | 1 Comment »

peter turrini

Yazan elmin88 on Mart 9, 2008

Tərcümə Ağalar Məmmədov

Kafedə oturub
sən mənə
sevgiyə dair
təsəvvürlərini
yazırsan.
Ən mühüm olan şeyin
səmimiyyət və sədaqət
olduğunu.
Mən hazıram

Read the rest of this entry »

Kateqoriyası: Tərcümə | İpucu verildi: | Leave a Comment »

seymur baycan

Yazan elmin88 on Mart 9, 2008

Bir, iki, üç

dünən Milli Parkda
bayram gəzintisinə çıxmıs adamları
arıq və sısqa gördüm
məndən olsaydı onlara Sabir adına texnikumda
idmandan dərs deyərdim
əllərinizi açın
ayaqlarınızı aralayın
belinizi bükməyin
sinənizi qabağa verin
it uşağı it udduğunuz hava
içdiyiniz su da
sizə haramdır
lənətə gələsiniz
qabağa baxın, qabağa
bir, iki, üç
bir, iki, üç
dərindən nəfəs alın
bir daha
bir daha

Read the rest of this entry »

Kateqoriyası: Seymur Baycan | İpucu verildi: | 3 Comments »

nərmin kamal

Yazan elmin88 on Mart 9, 2008

 

Allahı bağışlama

Bir gün
Allah bizdən üzr istəyəcək
Bir gün
həyatın gətirdiyi oyunlar,
hər gün yeni düyünü açmaq çabası
keçidlər
yeni sevgilər

Read the rest of this entry »

Kateqoriyası: Nərmin Kamal | İpucu verildi: | 1 Comment »

nazım hikmet ran

Yazan elmin88 on Mart 9, 2008

MAVI GÖZLÜ DEV, MINNACIK KADIN VE HANIMELLERI

O mavi gözlü bir devdi.
Minnacik bir kadin sevdi.
Kadinin hayali minnacik bir evdi,
                       bahçesinde ebruliii
                                 hanimeli
                                              açan bir ev. Read the rest of this entry »

Kateqoriyası: Nazim Hikmət | İpucu verildi: , | Leave a Comment »

matsuo basyo

Yazan elmin88 on Mart 9, 2008

 

Haykular

Tərcümə: Rasim Qaraca

Harda qalmısan, ququ quşu?
Yadına sal, baharın necə nəfəs dərdiyini
Gavalılar çiçək açmağa başlayanda.

***

Söyüd ağacı başını əydi və yuxuya daldı,
Mənə elə gəlir ki, onun ruhudur
Budağındakı bülbül

***

Kədər səni alanda daha artıq hiss edirsən
Şərabın müdrikliyini
Yalnız kasıbçılıqda anlayırsan
Pulun ilahiliyini

Read the rest of this entry »

Kateqoriyası: Tərcümə | İpucu verildi: | Leave a Comment »

elnur astanbəyli

Yazan elmin88 on Mart 9, 2008

  

İNSAN HƏMİŞƏ TEZ ÖLÜR

   dostumun
   mənim dostumun
   mənim ən yaxın dostumun
   əynindəki bu kəfən
   içdiyi şərablar
   geydiyi cins şalvarlar
   yazdığı düşük mesajlar
   döydüyü ofisiantlar
   söydüyü konduktorlar
   aldatdığı qadınlar
   unutduğu hər şey, hər şey
   qarşısında
   qaldırdığı ağ bayraq deyilsə,
   bəs nədir?.. Read the rest of this entry »

Kateqoriyası: Elnur Astanbəyli | İpucu verildi: | Leave a Comment »

zamin hacı

Yazan elmin88 on Mart 9, 2008

 

Anti-şeir

(Yediyim bütün dönərlərə ithaf edilir)

1.

Siqaret söndürməyək armud cecəklərində,
Onların sızıltısı qoymaz yağış dayansın.
Zəfər çələngi hörək əklil çiçəklərindən,
Dirilər də oyansın, ölülər də oyansın.

2.

Bu dünyada ən gəzməli yer
damların qırağıdı,
ən qiymətli kağız

Read the rest of this entry »

Kateqoriyası: Zamin Hacı | İpucu verildi: | 4 Comments »

aqşin

Yazan elmin88 on Mart 9, 2008

Sınmış pəncərədə ay

Ehey… ağ tavandan asılmış insan
bir addım göylərə qısılmış insan
ruhum qoymur məni su dağıtmağa.

Susur pişiklərin intim səsləri
sınmış pəncərədə əl kəsir gecə
bu gecə qadınla olmağım gəlir
ruhum qoymur məni su dağıtmağa.

Read the rest of this entry »

Kateqoriyası: Aqşin | İpucu verildi: | 2 Comments »

aforizmlər

Yazan elmin88 on Mart 9, 2008

“Şiir,
büyük zekâların rüyalarıdır.”
Lamartine

“İlimsiz
şiir, harcı ve hesabı olmayan duvar gibidir.”
Fuzûli

“Şiir
öylesine ayrı, öylesine apayrı bir dildir ki başka herhangi bir dile çevrilemez
hatta yazılmış olduğu kendi diline bile…”
Jean Cocteau

Read the rest of this entry »

Kateqoriyası: Şeir haqqında hər şey | İpucu verildi: | Leave a Comment »

seçmə misralar

Yazan elmin88 on Mart 9, 2008

İstanbul ve yeryüzü hüznü avutacak gibi değil
Zarifoğlu

Şems çeker çıkarır kitabı havuzdan; kuru
Ah Muhsin Ünlü

Dünyanın dışında herhangi bir yer
Baudelaire


Kurbanım kadar acı çekiyordum
Lautremont

Her melek korkunçtur
Rilke

Tarihi olmayan halk
kurtarılamaz zamandan, çünkü tarih bir düzenidir
zamansız anların
Eliot

(ardını yüklə)

Kateqoriyası: Digər | İpucu verildi: | Leave a Comment »

həmid herisçi

Yazan elmin88 on Mart 9, 2008

Bu şeir mənim Bayıl zindanında ölümə məhkum olunmuş əhədlə vidalaşmağımdı 

 

Qalın müqəddəs kitabları açsaq

onlar düz ortasından açılacaq,

onların ilahi düzgünlüyü ilk dəfə

bax burda üzə çıxacaq,

şairin yediyi dilotunun
hansı çöllərdə bitdiyi də

bu kitablardan anlaşılacaq,

tabut adlanan dördbucaq
bu kitabların hikmətiylə yox olacaq…
biz işdən maaş da almasaq
bizi elə o hikmətlər dolandıracaq… Read the rest of this entry »

Kateqoriyası: Həmid Herisçi | İpucu verildi: | Leave a Comment »

sevinc pərvanə

Yazan elmin88 on Mart 9, 2008

 Atamın xatirəsinə

Oğraşın yekəsi kimi görünə bilər atam…
hər gecə eşşəkcə içib evə döndüyünə görə…
Qazandığı qəpik quruşu
arağa verib içdiyinə
ailəsini ac qoyduğuna görə

Read the rest of this entry »

Kateqoriyası: Sevinc Pərvanə | İpucu verildi: | 4 Comments »

küçük iskender

Yazan elmin88 on Mart 9, 2008

                                 

Cehhenneme gitme yöntemleri

         

dulcinia’nın günlüğü
Mustafa!
biz aynı insanız mustafa!
ben senin dişi halinim,sen benim erkek!
İzmir’de eksilttiğimiz ruhlarımız,başka bir şehirde orospu!
sürekli ölümden sözediyorsun mustafa’
oysa,yaşama öyle bir sarılmışsın ki…
tesadüfen kullandığın bir sözcük sanki “ölüm”!
Read the rest of this entry »

Kateqoriyası: Küçük İskender | İpucu verildi: | Leave a Comment »