Yaquar yerişli zaman…

bu bir şeir blogudur

  • Top Clicks

    • None
  • Top Posts

Archive for Mart, 2008

rövşən naziroğlu

Yazan elmin88 on Mart 24, 2008

 

Səhərin qafiyəsi

elə ki gün doğdu
elə ki səhər açıldı
quşlar ötüşdü
itlər hürüşdü

Read the rest of this entry »

Kateqoriyası: Rövşən Naziroğlu | 1 Comment »

şairlər tez ölür yoxsa yazıçılar?

Yazan elmin88 on Mart 20, 2008

Kaliforniya Universitetinin professoru James C. Kaufmann, apardığı bir araşdırmadan sonra şairlərin yazıçılardan daha tez öldüyü nəticəsinə gəlib.

Professor türk şair və yazçılarının da aralarında olduğu Amerikan, Çin, Şərqi Avropa yazçı və şairlərinin həyatlarını araşdırıb.

Read the rest of this entry »

Kateqoriyası: Xəbər | 2 Comments »

şərif ağayar

Yazan elmin88 on Mart 20, 2008

 

Humanizm

O dağın ətəyindəki kəndi görürsənmi
sakit və xoşbəxt həyatıyla
qibtə hissi doğurur adamda
evləri biri-birinin sobasına
qızınacaq qədər yaxın
ağacları baş-başa verib pıçıldaşır
küləklərin eşqinə

adamları mehriban
qızları gözəl
Read the rest of this entry »

Kateqoriyası: Şərif Ağayar | Leave a Comment »

Yazan elmin88 on Mart 19, 2008

Image hosted by Photo.Load.Az

Kateqoriyası: Şəkil-şeir | Leave a Comment »

intiş

Yazan elmin88 on Mart 19, 2008

Çeçenistan 

çünki
əhalisinin doxsan faizi
vətənpərvər olan dövlətin
ərazisinin iyirmi faizi
düşmən tapdağında
olar həmişə
çünki
Read the rest of this entry »

Kateqoriyası: İntiş | 1 Comment »

can yücel

Yazan elmin88 on Mart 19, 2008

EĞER

 

O kadar da önemli değildir bırakıp gitmeler,
arkalarında doldurulması
mümkün olmayan boşluklar bırakılmasaydı eğer.

Dayanılması o kadar da zor değildir, büyük ayrılıklar bile,
en güzel yerde başlatılsaydı eğer.

Read the rest of this entry »

Kateqoriyası: Can Yücel | Leave a Comment »

əli əkbər

Yazan elmin88 on Mart 19, 2008

 Bir az səssiz ölməliyəm deyəsən

Hürkütməməliyəm insanları.
Gərək qırmasın şüşələri fırtına
Günahlarımı örtən paltarımı geyməliyəm.

Nə deyirsə desin, haqqımda qoca qarılar,
Sərxoş sürülər.
Öpəcəyəm səni, onsuz da
Read the rest of this entry »

Kateqoriyası: Əli Əkbər | 1 Comment »

xaqani has

Yazan elmin88 on Mart 14, 2008

Şəhərlər ve Qadınlar

xüsusi hisslər biblioqrafiyası


Xoşbəxtlik Alma Desəm Çıx Armud Desəm Çıxma
ölkəsində doğuldum
uşaqlığım Çinarları Kəsirlər Ki Göyüzünü Qanatmasın
şəhərində keçdi
təzəcə oyanırdı ki bədənim
Göz Təkcə Görmək Üçün Deyil Read the rest of this entry »

Kateqoriyası: Xaqani Has | 20 Comments »

aqşin

Yazan elmin88 on Mart 13, 2008

İnsanın dini deqradasiyası

Dünyanın ilk inşaat işində
Nuhun gəmisinin tikintisində
Yıxılıb ölən qədim insan
İlk fəhləliyin, yəni yıxılıb ölməyin əsasını qoydu.
O vaxta qədər insan yıxılıb ölmürdü
İnsan ölüb Read the rest of this entry »

Kateqoriyası: Aqşin | Leave a Comment »

Yazan elmin88 on Mart 12, 2008

Kateqoriyası: Şəkil-şeir | 1 Comment »

Yazan elmin88 on Mart 12, 2008

Kateqoriyası: Şəkil-şeir | 1 Comment »

atilla ilhan

Yazan elmin88 on Mart 10, 2008

atilla ilhanAysel Git Başımdan

Aysel Git Başımdan
Aysel git başımdan ben sana göre değilim
Ölümüm birden olacak seziyorum.
Hem kötüyüm karanlığım biraz çirkinim
Aysel git başımdan istemiyorum.

Read the rest of this entry »

Kateqoriyası: Uncategorized | İpucu verildi: | Leave a Comment »

şeir nədir?

Yazan elmin88 on Mart 9, 2008

 

Şeir nədir?

Zahir Əzəmət

Ədəbi yaradıcılıqla məşğul olan hər kəsin, xüsusilə şeir yazan gənclərin tez-tez üzləşdikləri sualdır bu: şeir nədir?
“Kitabi Dədə Qorqud”da rastımıza çıxan qafiyyəsiz, “heca”sız poeziya mətnləri şeir deyilmi? Şeirdir!
Nənələrin bədahətən qoşduğu, poetik kəşflərlə dolu bayatılar şeir deyilmi? Şeirdir!
Nizaminin, Füzulinin, Nəsiminin mövzu və üslubca bir-birindən kəskin fərqlənən, amma eyni vəzndə (əruz) yazılmış şeirləri nədir bəs? Əlbəttə, şeir nümunələri! Səməd Vurğunun A.S.Puşkinin məşhur “Yevgeni Onegin” poemasını tərcümə etməsindən sonra Azərbaycan şeirinə gətirdiyi çarpaz şeiri necə adlandıraq? Şeirdir!

Kateqoriyası: Zahir Əzəmət, Şeir haqqında hər şey | Leave a Comment »

zahir əzəmət

Yazan elmin88 on Mart 9, 2008

Dialoq

mən müxalifət qəzetində köşə yazarıyam
sevgilim işləyir iqtidar qəzetində
işdən sonra görüşürük tində
gecəni bir yerdə
bir otaqda
bir yataqda
keçiririk
o yazdığı yazılardan
mən yazdığım yazılardan danışmırıq
biz demək olar ki heç danışmırıq
sevişirik
qovuşuruq
durmadan
aramsız
Çünki
hər səhər yazılarımızı oxuyan xalq
dialoq
dialoq
dialoq istəyir

Kateqoriyası: Zahir Əzəmət | Leave a Comment »

günel mövlud

Yazan elmin88 on Mart 9, 2008

 

Şahvələd üçün silsilə

Klaviatura 1

Nəhəng bir kişidi bu dünya
Mən
Ona gərək deyiləm

Amma məni bu yox
Pəncərənin o tayında
Yağışın
Çirkli gölməçəsində
Əllərini yuyan
adamın
Read the rest of this entry »

Kateqoriyası: Günel Mövlud | İpucu verildi: | 1 Comment »

rasim qaraca

Yazan elmin88 on Mart 9, 2008

Birlər

qopduğunuz budaqları unudun getsin
pərişan xəzəl qardaşlarınızı
əsla

*
sürməsi göz yaşına qarışmış
həyatı pozuq
canlı
Read the rest of this entry »

Kateqoriyası: Rasim Qaraca | İpucu verildi: | 1 Comment »

peter turrini

Yazan elmin88 on Mart 9, 2008

Tərcümə Ağalar Məmmədov

Kafedə oturub
sən mənə
sevgiyə dair
təsəvvürlərini
yazırsan.
Ən mühüm olan şeyin
səmimiyyət və sədaqət
olduğunu.
Mən hazıram

Read the rest of this entry »

Kateqoriyası: Tərcümə | İpucu verildi: | Leave a Comment »

seymur baycan

Yazan elmin88 on Mart 9, 2008

Bir, iki, üç

dünən Milli Parkda
bayram gəzintisinə çıxmıs adamları
arıq və sısqa gördüm
məndən olsaydı onlara Sabir adına texnikumda
idmandan dərs deyərdim
əllərinizi açın
ayaqlarınızı aralayın
belinizi bükməyin
sinənizi qabağa verin
it uşağı it udduğunuz hava
içdiyiniz su da
sizə haramdır
lənətə gələsiniz
qabağa baxın, qabağa
bir, iki, üç
bir, iki, üç
dərindən nəfəs alın
bir daha
bir daha

Read the rest of this entry »

Kateqoriyası: Seymur Baycan | İpucu verildi: | 3 Comments »

nərmin kamal

Yazan elmin88 on Mart 9, 2008

 

Allahı bağışlama

Bir gün
Allah bizdən üzr istəyəcək
Bir gün
həyatın gətirdiyi oyunlar,
hər gün yeni düyünü açmaq çabası
keçidlər
yeni sevgilər

Read the rest of this entry »

Kateqoriyası: Nərmin Kamal | İpucu verildi: | 1 Comment »

nazım hikmet ran

Yazan elmin88 on Mart 9, 2008

MAVI GÖZLÜ DEV, MINNACIK KADIN VE HANIMELLERI

O mavi gözlü bir devdi.
Minnacik bir kadin sevdi.
Kadinin hayali minnacik bir evdi,
                       bahçesinde ebruliii
                                 hanimeli
                                              açan bir ev. Read the rest of this entry »

Kateqoriyası: Nazim Hikmət | İpucu verildi: , | Leave a Comment »